RU

Elon Mask Polşa XİN rəhbərini “balaca adam” adlandırıb

Milyarder iş adamı və ABŞ prezidenti Trampın baş müşaviri Mask, Ukrayna ordusuna peyk internet xidmətləri göstərən "Starlink"i bağlamaq üçün verdiyi açıqlamaları tənqid edən Polşa xarici işlər naziri Sikorski haqqında "Sakit ol, balaca adam" ifadəsini işlədib.

Ukraynaya "Starlink" peyk internet xidmətləri göstərən Elon Musk X sosial media hesabında "Mənim Starlink sistemim Ukrayna ordusunun onurğa sütunudur. Onu bağlasam, bütün cəbhə xəttləri çökəcək" paylaşımı edib.

"Operativ Media" xəbər verir ki, Mask Ukraynanın "mütləq uduzacağını" iddia edərək, müharibədən əl çəkməyə çağırıb.

İlon Maskın yazısına cavab verən Polşa xarici işlər naziri Radoslav Sikorski Polşanın Ukraynanın "Starlink" sistemi üçün ildə təxminən 50 milyon dollar ödədiyini xatırladaraq, "SpaceX"in etibarsız bir təchizatçı olduğu ortaya çıxarsa, başqa təchizatçılar axtarmalı olacağıq" deyə paylaşım edib.

Sikorskinin paylaşımına reaksiya verən Mask, "Səssiz ol, balaca adam. Sən xərcin cüzi bir hissəsini ödəyirsən və "Starlink"in əvəzi yoxdur" deyə cavab verib.

Избранный
19
operativmedia.az

1Источники