Rumıniyanın paytaxtı Buxarestdə kütləvi toqquşmalar olub
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Buxarestdə sağçı populist Kalin Georgescunun prezident seçkilərində qeydiyyatı rədd edildikdən sonra onun 1500-ə yaxın tərəfdarı etiraz aksiyası keçirib.
Rumıniya Mərkəzi Seçki Bürosunun (MSB) təkrar prezident seçkilərində sağ populist Kalin Georgeskunun namizədliyini qeydə almaqdan imtinası kütləvi etirazlara səbəb olub.
Onlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Polislə qarşıdurma zamanı gözyaşardıcı qazdan istifadə edilib.