RU

Dumanlı havada qəza riski artır - BDYPİ

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi dumanlıhava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Trend-əverilən məlumata görə, müraciətdə deyilir:

"Araşdırmalar göstərir ki, görünüş məsafəsinin azalması iləyol-nəqliyyat hadisələrinin baş vermə ehtimalı artır. Xüsusilədumanlı hava şəraitində sürücülərin təhlükəyə qarşı reaksiyamüddəti uzanır və nəticədə ani diqqətsizlik yol-nəqliyyathadisəsinin baş verməsinə səbəb ola bilər.

Baş DYP İdarəsi sürücülərə bir daha xəbərdarlıq edir:

Yolda görünüş məsafəsi azaldıqda sürəti azaldın!
Qəfil manevrlərdən çəkinin!
İşıq cihazlarının sazlığını yoxlayın və lazım gəldikdə dumanfaralarından istifadə edin!
Görünüş dairəsinin məhdud olduğu yol sahələrində əks istiqamətlihərəkət zolağına çıxaraq ötmə etməyin!

Piyadalar isə unutmasın ki, dumanlı havada sürücülərin onlarıgörməsi çətinləşir. Buna görə də yola çıxarkən daha diqqətli vəməsuliyyətli olmalıdırlar.

Unutmayın, dumanlı hava şəraitində yolda hərəkət daha çox diqqətvə ehtiyat tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara riayət edinvə yolda məsuliyyətli olun!"

Избранный
22
37
az.trend.az

10Источники