RU

Tələbə təqaüdləri də artırılacaqmı? - VİDEO

Artırılan minimum əməkhaqqı və pensiya fonunda tələbə təqaüdləri də artırılacaqmı?

Tələbə təqaüdlərinin də artırılacağı gözlənilir. Ölkədə pensiyaların artırılmasından sonra bir sıra təqaüdlərin və müavinətlərin də artırılması gözlənilir.

Bunu "Xəzər Xəbər"ə müsahibəsində Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, dövlət başçısının ötən ilin dekabrında imzaladığı sərəncama əsasən, müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti 3 ay müddətində bu istiqamətdə təkliflərini və maliyyə qiymətləndirməsini dövlət başçısına təqdim etməli idi.

Bu o deməkdir ki, martın 2-ci yarısında Nazirlər Kabineti tərəfindən bütövlükdə müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin ölkə rəhbərinə təqdim ediləcəyi gözlənilir.

Избранный
21
5
turkustan.az

6Источники