RU

Azərbaycan teatrının 152-ci ildönümü qeyd olunur

10 Mart – Milli Teatr Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi və ümumiyyətlə, teatr sənətinə həyatını həsr edən hər kəs təbrik olunur.

QHT.az xəbər verir ki, bu il Azərbaycan teatrının yaranmasının 152 ili, Musiqili Teatrın isə 115 illiyi tamam olur. Azərbaycan teatrı qədim və zəngin tarixi yol keçib. Xüsusilə, müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində teatr sənətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanır. Son illərdə isə Prezident İlham Əliyevin dəstəyi ilə teatrların maddi-texniki bazası möhkəmləndirilib, yaradıcı kollektivlər yeni tamaşalarla çıxış edir, beynəlxalq əməkdaşlıq genişlənir.

Bu gün həm də Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqın sevimli sənətkarı Nəsibə Zeynalovanın anım günüdür. O, 1916-cı ildə Bakıda doğulub, 1938-ci ildən Musiqili Komediya Teatrının aparıcı aktrisası kimi fəaliyyət göstərib. Aktrisa teatr və kino sahəsində unudulmaz obrazlar yaradıb, “Arşın mal alan”, “Məşədi İbad”, “Bəyin oğurlanması” kimi filmlərdəki rolları ilə tamaşaçıların yaddaşında əbədi iz qoyub.

Dünyasını dəyişən teatr xadimlərinə Allahdan rəhmət diləyir, sənət yolunu davam etdirən hər kəsə uğurlar arzulayırıq.

Избранный
9
qht.az

1Источники