RU

Bloomberg: Avropa müdafiə mənayesinin banklara görə çətinlikləri yaranıb

Avropa İttifaqı siyasətçiləri müdafiə qabiliyyətini gücləndirməyə çağırsa da, Avropa bankları bu sahəni hələ də ?zəhərli? hesab edirlər. Bloomberg-in yazdığına görə, pilotsuz uçuş aparatları və digər hərbi texnika istehsalçıları hətta hesab açmaq mərhələsində belə ciddi bürokratik maneələrlə üzləşirlər.

?Bank işçiləri qeyri-rəsmi səviyyədə bu müdafiə layihəsini maliyyələşdirməli olduqlarını deyirlər. Lakin sonra bəzi daxili qaydalara zidd olduğu üçün sövdələşmə bloklanır?, – deyə Almaniyanın Quantum Systems şirkətinin həmtəsisçisi və Ukrayna Silahlı Qüvvələrinə kəşfiyyat dronları tədarük edən Florian Zaybel Bloomberg-ə açıqlamasında bildirib.

Bu problemlərin əsas səbəbi köhnəlmiş tənzimləmə və ESG məhdudiyyətləridir. Bu məhdudiyyətlərə əsasən, müdafiə sektoruna investisiya qoymaq etik deyil. Deutsche Bank-ın yüksək vəzifəli menecerlərindən biri olan Fabrizio Kampelli Frankfurt konfransında bildirib ki, ?bəzi konkret mexanizmlər işə salınmasa?, Avropanın müdafiə xərclərinin artımını maliyyələşdirmək çətin olacaq.

ABŞ-da isə vəziyyət tam fərqlidir. Bloomberg-in qiymətləndirməsinə görə, 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri JPMorgan, Bank of America, Citigroup və digər Amerika bankları müdafiə sənayesinin ən böyük kreditorlarına çevrilib və bu sahəyə 28 milyard dollardan çox sərmayə qoyublar. Müqayisə üçün, Avropa bankları arasında yalnız Fransanın BNP Paribas-ı Bloomberg-in tərtib etdiyi siyahıda 9-cu yerdə qərarlaşıb.

Bloomberg qeyd edir ki, Rheinmetall kimi iri şirkətlər uzunmüddətli bank əlaqələrinə malik olduqları üçün maliyyələşməyə çıxışda ciddi çətinlik çəkmirlər. Lakin kiçik şirkətlər və startaplar üçün vəziyyət daha mürəkkəbdir.

Избранный
39
banker.az

2Источники