RU

"Atletiko"nun hücumçusu uzun müddətə cəzalana bilər

İspaniyanın "Atletiko” klubunun argentinalı hücumçusu Anxel Korrea uzun müddətə cəzalana bilər.

“Report” “Marca”ya istinadən xəbər verir ki, buna onun La Liqanın XXVII turunda “Xetafe” ilə matçda (1:2) baş hakimi təhqir etməsi səbəb olub.

Argentinalı hücumçu 88-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. O, meydanı tərk edərkən hakimin ünvanına nalayiq ifadələr işlədib. Bu isə matçın nümayəndəsinin rəsmi hesabatında qeyd olunub.

La Liqanın əsasnaməsində hakimə, onun köməkçilərinə, həmçinin rəhbərliyə və ya idman rəsmilərinə ünvanlanan təhqiramiz ifadələrə görə 4-12 oyunluq cəza nəzərdə tutulur.

Qeyd edək ki, Madrid klubu hazırda 56 xalla turnir cədvəlində üçüncüdür. 33 xala malik “Xetafe” isə 12-ci pillədə qərarlaşıb.

Избранный
35
report.az

1Источники