RU

“Erasmus” təhsil proqramı niyə dayandırılıb? – “Xaricə gedən gənclər təsir altına düşürlər…”

“Xaricdə təhsilin əhəmiyyətli olması ilə yanaşı digər məsələ – orada təhsil alan gənclərin sonrakı fəaliyyəti də düşündürücüdür. Azərbaycandan müstəqil şəkildə xaricə gedən gənclər sonradan xarici təsir dairəsinə düşür”.

Ulusal.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov “Gununsesi.info” saytına açıqlamasında deyib.

Xatırladaq ki, Azərbaycanda Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus” təhsil proqramı dayandırılıb. Bu proqram çərçivəsində verilən fərdi təqaüdlər hesabına gənclər həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyəsində təhsillərini qabaqcıl Avropa universitetlərində davam etdirib. Azərbaycanda ildə min nəfərə yaxın tələbə “Erasmus” proqramının fərdi təqaüdlərindən yararlanıb.

Bundan başqa, sözügedən proqramı müəllimlərin də Avropa universitetlərində təcrübə qazanmasına imkanı verib.

Şahlar Əsgərov deyir ki, təhsil ardına xaricə gedən gənclərin hamısının xarici təsir altına düşməsini demək olmaz: “Amma 10 nəfərdən 7-8-i vicdanla qayıdırsa, 1-2 nəfəri də xarici təsir altında qayıdır. Sonradan dövlətə, dövlətçiliyə qarşı onlardan yararlanırlar. Bunu görmək üçün peyğəmbər olmağa da ehtiyac yoxdur”.

Şahlar Əsgərov hesab edir ki, xaricdə oxumağa gedən gənclər ilk növbədə vətəndaşı olduqları dövlətin maraqlarını düşünməlidir:

“Bu sahədə sərbəstlik olduğu üçün bəzən təəssüf doğuran hallarla qarşılaşırıq. Bu baxımdan həmin proqramın bağlanması haqqında qəti fikir deyə bilmərəm”.

Избранный
5
1
moderator.az

2Источники