RU

Məşhur futbolçu xəstəxanalıq oldu

Serbiya millisinin və “Əl Hilal”ın futbolçusu Aleksandr Mitroviç xəstəxanalıq olub.

Futbolpress.az xəbər verir ki, bu barədə “Əl Riyad” nəşri məlumat yayıb. Forvard ürəyində problemə görə xəstəxanaya yerləşdirilib.

30 yaşlı futbolçunun müalicəsi başlanılıb və məşqlərdən azad edilib.

Mitroviç bu mövsüm 25 oyunda 21 qol vurub.

Избранный
13
futbolpress.az

1Источники