ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin ona qarşı hörmətsizlik etdiyi iddiasına sərt cavab verib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazıb.
Məlumata görə, prezident təyyarəsində brifinq zamanı Washington Post (WP) nəşrinin jurnalisti Trampdan Rusiyanın Ukraynaya zərbələrinin Putinin ona qarşı hörmətsizliyi olub-olmadığını soruşub. Bunun üçün Ağ Ev rəhbəri jurnalistdən hansı nəşrdə işlədiyini soruşub və qəzetin “etibarını əhəmiyyətli dərəcədə itirdiyini” söyləyib.
Bundan əvvəl Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton ABŞ liderinin Putin və Zelenskiyə münasibətini açıqlayıb. “O, Putini özünün dostu hesab edir, lakin heç vaxt Zelenskini sevməyib...”, - deyə rəsmi bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта