RU

Suriya Qərbdə əməliyyatın başa çatdığını ELAN ETDİ

Suriya Qərbdə əməliyyatın başa çatdığını elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya xəbər agentliyi SANA məlumat yayıb. Suriya Müdafiə Nazirliyinin sözçüsü Abdel Qani ölkənin sahilyanı əyalətlərində əməliyyatın başa çatdığını açıqlayıb.

O qeyd edib ki, təhlükəsizlik qüvvələri keçmiş prezident Əsədin silahlı tərəfdarlarını zərərsizləşdirə bilib:

“Təhlükəsizlik qüvvələri Latakiya əyalətinin bir sıra şəhərlərində və Tartus əyalətinin bir neçə yaşayış məntəqəsində əvvəlki rejimin qalıqlarının hücrələrini zərərsizləşdirə bilib, nəticədə təhdidlərin qarşısını almaq və regionun təhlükəsizliyini təmin etmək mümkün olub”.

Bundan əlavə, o bildirib ki, Təhlükəsizlik Xidməti bu cür hücumların bir daha baş verməməsi üçün plan hazırlayıb.

Xatırladaq ki, martın 6-da Suriyada ələvi dini azlığının yaşadığı Tartus və Latakiya əyalətlərində hakimiyyət orqanları ilə keçmiş prezident Əsəd tərəfdarları arasında silahlı toqquşmalar başlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
3
interpress.az

1Источники