Misli Premyer Liqasında XXVI turun son oyunu Bakıda baş tutacaq.
İdman.biz xəbər verir ki, “Neftçi” və “Turan Tovuz” ölkə çempionatlarında 11-ci dəfə üz-üzə gələcək.
Əvvəlki 10 oyunda paytaxt təmsilçisi üstündür. 5 qələbəsi olan “ağ-qaralar” 4 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Top fərqi də “Neftçi”nin tərəfindədir – 14-8.
Evdə uduzmayan “Neftçi” son 6 oyunda məğlub olmayıb. “Turan Tovuz” son iki səfər matçında qol vurmayıb.
08.10.2022 | Neftçi - Turan Tovuz | 0:0 |
15.12.2022 | Turan Tovuz - Neftçi | 0:1 |
05.03.2023 | Neftçi - Turan Tovuz | 4:0 |
07.05.2023 | Turan Tovuz - Neftçi | 4:0 |
30.09.2023 | Turan Tovuz - Neftçi | 0:1 |
10.12.2023 | Neftçi - Turan Tovuz | 3:2 |
24.02.2024 | Turan Tovuz - Neftçi | 1:1 |
28.04.2024 | Neftçi - Turan Tovuz | 3:0 |
03.08.2024 | Neftçi - Turan Tovuz | 0:0 |
21.12.2024 | Turan Tovuz - Neftçi | 1:1 |
Qeyd edək ki, görüş saat 19:30-da başlayacaq.
İdman.biz