RU

Stolüstü tennisçilərimiz Berlin və Havirov sınaqlarında

Stolüstü tennisçilərimiz növbəti beynəlxalq yarışlara qatılıblar.

İdman.biz xəbər verir ki, paralel olaraq Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərində “WTT Youth Contender” turnirinə start verilib.

Onur Quluzadə və Tunar Bağırov Berlində martın 10-dan 12-dək seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin, Yağmur Məmmədli və Aylin Əsgərova isə Havirovda məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə sınaqlarda bacarığını göstərəcək.

Qeyd edək ki, martın 14-dən 16-dək isə oğlanlar Havirovda, qızlar Berlində təşkil olunan anoloji yarışda mübarizə aparacaqlar.

İdman.biz

Избранный
13
3
idman.biz

4Источники