RU

Slovakiya Kiyev və Moskva üçün sülh meydanı olacaq?

Slovakiya Rusiya və Ukrayna arasında danışıqlar məkanına çevrilməyə hazırdır. 

Bunu TASS-a müsahibəsində Avropa Parlamentinin Slovakiyadan olan üzvü Lubos Blaqa deyib.

Avropa Parlamentinin deputatından Slovakiyanın Rusiya-Amerika danışıqlarının növbəti raundu üçün platforma olmaq istəyib-istəməyəcəyi soruşulub.  O, "Əlbəttə, biz bundan şad olardıq" deyib. Siyasətçi eyni zamanda qeyd edib ki, Slovakiya bir çox qlobal proseslər üçün çox kiçik ölkə sayılır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
3
news365.az

1Источники