Hindistanda yaşayan 18 yaşlı Lalit Patidar üzündəki tükə görə Ginnesin rekordlar kitabına düşüb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, "Hipertrikoz" və ya "Qurt Adam Sindromu" səbəbiylə üzünün 95 faizi tüklü olan 18 yaşlı Lalit Patidar hər kvadrat santimetrə təxminən 202 tüklə rekord qırıb.
Mərkəzi Madhya Pradeş əyalətində yaşayan Patidar deyib ki, uşaq ikən təcrid və maraqlı baxışlarla qarşılaşsa da, sonda özünəməxsusluğunu qəbul edib.
Ginnesin rekordlar ritabı internet saytında Patidarın orta əsrlərdən bəri dünyada yalnız 50 insanda görülən bir xəstəliyə sahib olduğunu və bu vəziyyətin meydana gəlmə şansının milyardda bir olduğunu qeyd edilib.
Vasif