RU

Trampın komandası Rusiya neftinin qiymətini azaltmaq üçün plan hazırlayır

ABŞ prezidenti Donald Trampın müşavirləri Rusiyaya qarşı sanksiyaları yumşaltmaq, o cümlədən Rusiya neftinin qiymətinin 60 dollara endirilməsi planı üzərində işləyirlər. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.

Agentliyin mənbələrinin məlumatına görə, Rusiya nümayəndələri Ukraynada atəşkəs rejimini müzakirə etməyə hazır olduqlarını bildiriblər.

"Bloomberg" xəbər verir ki, fevral ayında ABŞ rəsmiləri ilə danışıqlarda Moskva “yekun sülh razılaşmasına doğru irəliləyiş” şərti ilə müvəqqəti atəşkəsə icazə verib. "Bu, sülh sazişinin prinsiplərinin aydın şəkildə başa düşülməsini tələb edir", deyə agentliyin mənbələri bildiriblər. 

"Bloomberg" yazır ki, sülhməramlı missiya baxımından Rusiya üçün bu təşəbbüsdə hansı ölkələrin iştirak edəcəyini təsdiqləməsi vacibdir. Agentlik xəbər verir ki, Donald Tramp administrasiyası Ukrayna ilə mineral ehtiyatların birgə işlənməsinə dair sazişin imzalanmasının şərti kimi Kiyevdən tezliklə atəşkəslə razılaşmağı tələb edib. Martın 12-də Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Ukrayna və Amerika nümayəndə heyətlərinin bu məsələni müzakirə edəcəyi gözlənilir. Eyni zamanda, Amerika prezidentinin sözlərinə görə, Rusiya hərbi əməliyyatları dayandırmağa razı olmalıdır, əks halda ABŞ yeni sanksiyalar tətbiq edəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsində güzəştə yer görmür. Analoji planı Böyük Britaniya və Fransa Ukraynanın təhlükəsizliyinin təminatı kimi hazırlayıb. Rusiya tərəfi də atəşkəs və ya münaqişənin dondurulmasına qarşı çıxıb.

Paşa Məmmədli

Избранный
36
50
valyuta.az

10Источники