İtaliya yığmasının və "Yuventus" keçmiş qapıçısı Canluici Buffonun oğlu Lui Buffon peşəkar futbolda debüt edib.

Offsideplus.az xəbər verir ki, 17 yaşlı hücumçu ilk matçına İtaliyanın B seriyasında mübarizə aparan "Piza" klubunun heyətində çıxıb.

Lui "Spetsiya"ya qarşı səfər görüşünün 84-cü dəqiqəsində meydançaya daxil olub. O, həmin dəqiqəyə qədər 2:3 hesabı ilə uduzan komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, 2023-cü ildə "Piza"ya qoşulan Lui U-19 çempionatında müntəzəm çıxış edir. Həmçinin gənc hücumçu artıq Çexiyanın 18 yaşlılardan ibarət yığmasında debüt etməyə də imkan tapıb. Onun Çexiyanı seçməsinin səbəbi anasının bu ölkədən olması ilə bağlıdır.