Fransız futbolçu Kilian Mbappenin Madrid "Real"ı ilə müqaviləsinin maliyyə detalları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "kral klubu"nun rəhbərliyi bu yaxınlarda hücumçuya yüksək məbləğdə ödəniş edib.
Belə ki, o, "Real"dan 117 milyon avro əldə edib. Bu məbləğ futbolçuya bonus qismində ödənilib.
Qeyd edək ki, Mbappe "Real"a ötən ilin yayında PSJ-dən transfer olunub. Yeni komandasında bütün turnirlərdə 39 oyuna 27 qol vuran hücumçunun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu lədək nəzərdə tutulub.