RU

Qlobal silah hesabatı açıqlandı: ABŞ dəyişməz liderdir

Yazını böyüt
Yazını kiçilt

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı hesabata görə, qlobal silah ixracatında ABŞ 43 faizlə 1-ci, Fransa 9,6 faizlə ikinci, Rusiya isə 7,8 faizlə üçüncü yerdədir.

Hafta.az-ın yazdığına görə, SIPRI-in hesabatında Rusiyanın ixracatının son 5 ildə 64 faiz azaldığı vurğulanıb. Bunun əsas səbəbləri olaraq Hindistan və Çin kimi əsas alıcılardan gələn sifarişlərin azalması, Ukraynadakı hərbi əməliyyatlar səbəbindən ölkənin daxili müdafiəyə üstünlük verməsi və Qərbin sanksiya təzyiqləri göstərilib.

ABŞ-ın silah ixracı son beş ildə 21 faiz artsa da, ixracatının 35 faizi Avropaya olub. ABŞ-ın Avropaya silah satışı arasında ən böyük pay Ukraynaya məxsusdur; Təkcə Ukrayna ABŞ-ın silah ixracının 9,3 faizini idxal edib. Avropadan sonra ABŞ silahlarının ən əhəmiyyətli alıcısı 33 faizlə Yaxın Şərq regionu olub. Bölgədəki ən böyük idxalçılar Səudiyyə Ərəbistanı, Qətər və Küveytdir. ABŞ-ın Asiya və Okeaniya regionuna ixrac payı 28 faiz təşkil edib.

Rusiya isə ixracatının 74 faizini Asiya və Okeaniyaya həyata keçirib.

Избранный
90
hafta.az

1Источники