RU

Dünya əhalisinin yarısının mənşəyi məlum oldu

Yazını böyüt
Yazını kiçilt

DNT analizi ilə Hind-Avropa xalqının 5 min il əvvəl Ukraynada yaşamış Yamnaya xalqının nəslindən olduğu müəyyən edilib.

Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, Harvard Tibb Məktəbində çalışan genetik Devid Reyx tərəfindən aparılan araşdırmada Avropa və Qərbi Asiya xalqlarının və onların nəsillərinin mənşəyinin indiki Ukraynada 5 min il əvvəl yaşamış kiçik çoban icması olan Yamnayaya qədər uzana biləcəyi ortaya çıxıb.

Araşdırmada, Avropanın 100 fərqli bölgəsindən götürülmüş, tarixdən əvvəlki dövrdə yaşamış təxminən 450 adamın DNT nümunələri araşdırılıb. Daha əvvəl əldə edilmiş 1000 genetik nümunə də tədqiqata daxil edilib.

Ötən ay “Nature” elmi jurnalında dərc olunan iki məqalədə genetik məlumatlar arxeoloji və linqvistik tapıntılarla müqayisə edilib. Tədqiqatçılar eramızdan əvvəl 3000-ci ildən əvvəl Qara dənizin şimalındakı Ukrayna çöllərinə Volqa çayından naməlum bir xalqın köç etdiyini və oradakı bir xalqla qarışaraq Yamnaya meydana gətirdiyini bildirirlər.

Yamnayaların ilk yarandığı Ukraynanın Mixaylivka obası hazırda Rusiyanın işğalı altındadır. Alimlər deyirlər ki, Yamnayalar buradan Avrasiyaya şaxələniblər və onlar öz genlərini, eləcə də həyat tərzlərini Portuqaliyadan Monqolustana qədər yayırlar.

Arxeoloqlar və genetiklər deyirlər ki, yayılma bu günə qədər dünyanın genetik və mədəni irsinin çox hissəsini müəyyən edir. Reyx Yamnaya köçləri haqqında deyir: "Onlar Avropanın və nəhayət dünyanın əhalisini dəyişdilər". Dünyada yaşayan təxminən 4 milyon insanın bu soydan gəldiyi qeyd olunur".

Araşdırmada iştirak etməyən İsveçin Höteborq Universitetindən Yamnaya mütəxəssisi Kristian Kristiansen aşağıdakı ifadələrdən istifadə edir: "Bu inanılmaz genişlənmə müasirdən əvvəlki qloballaşmanın əsasını təşkil edir".

Araşdırmada, tez-tez düşmən kimi görülən Romalılar və Keltlər, farslar və makedonlar kimi qədim sivilizasiyaların bu genetik və mədəni irsi paylaşdığı bildirilir.

Yamnaya dillərinin latın, yunan, ingilis, rus, urdu və alman dilləri də daxil olmaqla, təxminən 400 dilin əcdadı olduğu da qeyd edilir. Digər tərəfdən, Estoniyadakı Tartu Universitetindən DNT tədqiqatçısı Lehti Saaq, "Bir dilin mənşəyini müəyyən etmək üçün təkcə genetik tapıntılar heç vaxt kifayət etmir" deyir.

Избранный
12
hafta.az

1Источники