"Yuventus" A seriyasının XXVIII turunda "Atalanta" ilə qarşılaşıb.
hakimiyyet.az xəbər verir ki, Turin təmsilçisi öz meydanında 0:4 hesabı ilə məğlub olub.
Bu, "ağ-qaralar"ın son 58 ildə A seriyasındakı ən ağır ev məğlubiyyətidir. "Yuventus" sonuncu dəfə 1967-ci ildə öz meydanında dörd top fərqi ilə uduzub. Həmin vaxt "Torino" Turin derbisində "Qoca sinyora"nın qapısına dörd cavabsız qol vurub.
Qeyd edək ki, "Yuventus"un A seriyasındakı son ən ağır məğlubiyyəti 2023-cü il yanvarın 13-nə təsadüf edib. "Napoli"nin qonağı olan Turin klubu 5:1 hesabı ilə uduzub.