Xəbər verildiyi kimi Şabranda ana və azyaşlı qızı dəm qazından zəhərlənib. Rayon sakini 1991-ci il təvəllüdlü Günay Meylaverdiyeva xəstəxanaya yerləşdirilib. 9 yaşlı qızı Gül isə həyatını itirib.
Bizim.Media-nın yerli bürosu bədbəxt hadisə nəticəsində dünyasını dəyişən azyaşlının fotosunu təqdim edir.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı
Mənbə: bizim.media