RU

Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər ARTIRILIR -  Minimum 35, maksimum 50 manat...

Tələbə təqaüdlərinin də artırılacağı gözlənilir. Ölkədə pensiyaların artırılmasından sonra bir sıra təqaüdlərin və müavinətlərin də artırılacağı ilə bağlı məlumatlar yayılıb.


Bəs bu artım tələbə təqaüdlərinə də şamil olunacaq? Artım məbləği nə qədər olacaq?


Milli Məclisin deputatı Ceyhun Məmmədov “Referans”- a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı təkliflər olsa da, hələ ki dəqiq məlumat yoxdur.

 



Təhsil eksperti Elçin Əfəndi də “Referans- a açıqlamasında tələbə təqaüdlərinin artımından danışıb.




“Tələbə təqaüdlərinin artırılması ilə bağlı dövlət başçısı tərəfindən 2023-cü ildə qərar verilmişdi. Həmin dövrdə magistratura pilləsində maksimum nəticəsi olan şəxslərə 195 manat, ortalaması 71-100 bal aralığında olan tələbələrə 160 manat, 51-100 bal arası olanlara isə 110 manat təqaüd ödənilirdi. Bakalavr pilləsində isə nəticəsi 91-100 bal olanlara 175 manat, 71-100 bal aralığında olanlara 145 manat, 51-100 aralığında olanlara isə 100 manat təqaüd ödənilirdi. Əlbəttə ki, bu göstəricilər həm orta ixtisas təhsili müəssisələrində, həm də peşə təhsili istiqamətində müvafiq olaraq 91-100 ortalamalı tələbələrə 100 manat, 71-100 ortalamalılara 80 manat, 51-100 bal olanlara isə 66 manat olaraq müəyyənləşmişdi. Amma sonuncu dəfə alınan qərar peşə təhsili istiqamətinə şamil olunub. Amma düşünürəm ki, bu ümumi bütün tələbələri əhatə etməlidir. Çünki artıq 2023-cü ildən bəri iki ildən çox zaman keçib. Buna görə də bu məsələ ilə bağlı sərəncamın imzalanmasını ümid edirəm. Cənab Prezident İlham Əliyev daim gənclərə dəstəkdir. Əvvəlki dövrlərə nəzər saldıqda görürük ki, dövlət başçısının müvafiq tapşırıqları əsasında təhsil sahəsində dövlət sifarişli plan yerlərinin sayı artırılıb, bununla paralel tələbə təqaüdlərinin artırılması da məqsədəuyğun ola bilər”.


Ekspert qeyd edib ki, hazırki təqaüd məbləğini müasir dövr üçün yetərli hesab etmək olmaz.


“Tələbələrin xərcləri çoxluq təşkil edir. Bunlara hər gün nəqliyyatdan istifadə, yataqxana xərcləri, kitab xərcləri və s. daxildir. Bu nöqteyi-nəzərdən ən azından düşünürük ki, bakalavr pilləsi üzrə 175 manat alanlar ən azı 200 manat, 145 manat alanlar təxminən 175-180 manat, 100 manat alanlar isə 145-150 manata qədər artım olsun. Minimum 35, maksimum 50 manata qədər artım tələbə təqaüdlərindən gözləyirik”.


Fidan Vəlisoy

Избранный
38
referans.az

1Источники