RU

Kriştiano Ronaldo afrikalı futbolçunun başına bəla olub

Konqolu futbolçu Tyevi Bifuma Kriştiano Ronaldoya görə karyerasını İranda davam etdirməyə qərar verib.

İdman.biz xəbər verir ki, buna səbəb onun portuqaliyalı ulduzla Asiya Çempionlar Liqasında qarşılaşmaq arzusu olub.

Bifuma "İstiqlal"ın "Əl-Nəsr"lə oyunu olduğunu gördükdən sonra Türkiyə variantından imtina edərək İrana yollanıb. Amma afrikalı hücumçu ölkənin Tehran deyil, Xuzistan şəhərini təmsil edən "İstiqlal Xuzistan"la müqavilə bağlayıb. O bildirib, ölkədə bu adda iki klub fəaliyyət göstərməsindən xəbərsiz olub.

İdman.biz

Избранный
30
idman.biz

1Источники