RU

KİV: Tramp apreldə Çinə səfər edə bilər

ABŞ Prezidenti Donald Tramp apreldə Çin lideri Si Cinpinlə görüşə bilər.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “South China Morning Post” məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Çinlə razılığa gəlməyə fokuslandığından artıq gələn ayın əvvəlində Pekinə səfər edə bilər. Eyni zamanda, hər iki ölkənin lideri “diplomatik uğur” kimi təqdim etmək üçün qarşı tərəfin səfər etməsini istərdilər. Bununla belə, ilkin müzakirələr məhz amerikalı siyasətçinin Çinə səfəri ilə bağlı olub. Müzakirələrin nə qədər irəlilədiyi, hansı mərhələdə olduğu hələlik məlum deyil.

Başqa bir mənbə Trampın Si Cinpinin Onun Floridadakı Mar-a-Laqo malikanəsinə gəlməsini istədiyini iddia edib. Xatırladaq ki, iki ölkə lideri 2017-ci ildə artıq bu məkanda görüş keçiriblər. Eyni zamanda Pekin Vaşinqtonda daha rəsmi görüş və ya Trampın Çinə dəvət göndərməsini istərdi.

“Trampın “iki sessiya”dan sonra Çinə səfər etməsi Si Cinpin üçün xüsusilə vacibdir, bu, mühüm diplomatik qələbə olacaq”, - mənbə vurğulayıb.

Xatırladaq ki, Tramp daha əvvəl vəzifəsinin icrasına başladığı ilk 100 gündə Çinə səfər etmək istədiyini söyləmişdi və aprel səfəri, əgər baş tutarsa, məhz bu müddətə uyğun olacaq.

Избранный
31
3
report.az

10Источники