RU

Güzəştli kreditlərin məbləği artırıla bilər – MM-də təklif

Bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

Güzəştli kreditlərin maksimum məbləğinin 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunduğunu xatırladan millət vəkili mövcud bazar qiymətlərini nəzərə alaraq, bu məbləğin 150 min manatadək artırılmasını təklif edib.

V.Bayramov təklifini Milli Məclisin son iclasında səsləndirib.

Избранный
4
1
axar.az

10Источники