Formula 1 üzrə dördqat dünya çempionu Alen Prost maraqlı açıqlama verib.
reportyor.tv xəbər verir ki, o, keçmişdə əfsanəvi Ayrton Senna ilə yaşadığı rəqabətə görə daim nifrətlə üzləşdiyini və fanatların daimi təhdidləri səbəbindən Fransanı tərk etmək məcburiyyətində qaldığını bildirib.
“Bütün hekayələrdən sonra Fransanı tərk etmək qərarına gəldim. Yanmış maşın, ölüm təhdidləri, hər yarış həftəsonundan əvvəl telefonuma təhqiramiz mesajlar. Küçədə maşınıma tüpürdülər. Bir-iki dəfə başıma gəldi və bu, çox qəribədir. Mən o vaxt fransız mentalitetini başa düşürdüm. Sizə heyran olan və etdiyiniz işin parlaq olduğunu düşünənlər də var, paxıllıq və nifrət qarışığı hiss edənlər də . Niyə belədir? Bilmirəm, amma bu, məni çox narahat edir.
Mən hələ də Sennanın pərəstişkarlarından mesajlar alıram. Sosial mediamı bağlamağı düşünürəm. Mən hər gün, həqiqətən də, istisnasız olaraq hər gün mesajlar alıram. Vaxtaşırı təhqiredici mesajlar da olur. Bu, tez-tez olur”.
Qeyd edək ki, onlar arasında rəqabət ötən əsrin 80 və 90-cı illərində yaşanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта