RU

“Zelenski Ağ Evdəki qalmaqala görə Trampdan üzr istəyib” – Uitkoff

“trampın
“Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona səfəri zamanı yaranan qalmaqala görə Ağ Ev rəhbərindən üzr istəyib və ona müvafiq məktub göndərib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News” telekanalına müsahibəsində danışıb.
“Zelenski prezidentə məktub göndərib. O, Oval kabinetdə baş verən insidentə görə üzr istəyib”, - Uitkoff deyib.
O, bunun Zelenski tərəfindən “vacib addım” olduğu qənaətinə gəldiyini bildirib.
Qeyd edək ki, Tramp bir müddət əvvəl Zelenskidən sülh danışıqları masasına oturmağa hazır olduğu barədə məktub aldığını bildirib. O, çox güman ki, Zelenskinin müvafiq sosial media yazısına istinad edib. Uitkoffun danışdığı məktub məxfi hesab edilir.
Избранный
12
10
yeniavaz.com

10Источники