RU

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

“Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının ən yaxşı qolunun müəllifi olan Turan Manafov mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. “Kəpəz” klubunun futbolçusuna mükafatı Azərbaycan Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Kəpəz” görüşündən əvvəl “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.

Избранный
19
1
futbolpress.az

2Источники