Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş media qurumlarının rəhbərlərinin iftar proqramında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin müharibə ilə bağlı konkret mövqeyi var: “Davamlı, ədalətli, hər iki tərəfin razı olacağı sülhün tərəfdarıyıq”.