RU

Super Liqa: “Beşiktaş” “Qaziantep”ə evdə uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Beşiktaş” doğma meydanda “Qaziantep”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda hesabı meydan sahibləri açıblar. Amma qazianteplilər ikinci hissədə vurduqları qollar sayəsində əzmkar qələbəyə seviniblər.

Beləliklə, 27 turdan sonra 68 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 61 xalla ikinci sırada qərarlaşıb. “Samsunspor” 50 xalla ilk üçlüyü qapayır. “Beşiktaş”ın 44, “Eyüpspor”un 43, “Göztəpə” və “Başakşəhər”in 36, “Qaziantep”in 35, “Rizəspor” və “Antalyaspor”un 33, “Trabzonspor” və “Kasımpaşa”nın isə 32 xalı var.

Türkiyə, Super Liqa
27-ci tur
7 mart

Bodrumspor – Kasımpaşa 1:0
Qol: Fredi, 73.

8 mart

Kayserispor – Başakşəhər 3:1
Qollar: Mane, 44. Bahoken, 67. Kardozo, 72 – Keni, 89.

Antalyaspor – Rizəspor 2:1
Qollar: Qaiç, 90; 90+8 – Sou, 58.

Trabzonspor – Hatayspor 1:2
Qollar: Zubkov, 42 – G.Sağlam, 21. Massanqa Matondo, 65.

9 mart

Sivasspor – Göztəpə 3:1
Qollar: Xarisis, 48. Boke, 66; 77 – Matsuki, 33.

Eyüpspor – Konyaspor 2:1
Qollar: E.Akbaba, 15-pen. U.Bozok, 77 – T.Taşçı, 58.

Samsunspor – Adana Dəmirspor 3:2
Qollar: S.Aydoğdu, 5; 11. E.Kılınç, 62 – S.Kavrazlı, 29. T.Aydoğan, 80

Alanyaspor – Qalatasaray 1:2
Qollar: Vilyena, 23 – F.Aliti, 51-öz qapısına. Osimhen, 62.

10 mart

Beşiktaş – Qaziantep 1:2
Qollar: İmmobile, 31-pen – A.Kızıldağ, 61. F.Soyalp, 87.

Избранный
12
1
arena.az

4Источники