RU

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Bu
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. 1news.az-ın məlumatına görə, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 25-də, Od çərşənbəsi isə 4 martda qeyd olunub. İlaxır çərşənbə - Torpaq çərşənbəsi 18 martda qeyd olunacaq. 2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.

Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Избранный
44
20
1news.az

10Источники