RU

Paytaxtın Xəzər rayonunda qaz olmayacaq

Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Xəzər rayonu, "Qala" qaz tənzimləyici məntəqədən (QTM) qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə köçürülməsi məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Qala kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Избранный
105
36
yenisabah.az

10Источники