RU

Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsinin dəyərini 1 milyard dollara çatdırmaq istəyir

Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağa çalışır və öz mallarının ixracını artırmağa hazırdır.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu bildirib.

"Bizim belə məqsədimiz var. Buna görə də biz bu cür səfərlər təşkil edir və fikir mübadiləsi aparırıq. Qazaxıstan Azərbaycana taxıl ixrac etməyə hazırdır və Bakıda taxıl terminalının genişləndirilməsinin vacibliyini görür. Bundan əlavə, yağlı bitkilər, düyü və arpa tədarükünü artırmaq üçün əhəmiyyətli ehtiyatlarımız var", - Qazaxıstan XİN başçısı bildirib.

Избранный
42
2
report.az

3Источники