"Trabzonspor"da baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, qaradənizlilər Şenol Günəşlə yollarını ayırıblar.
Artıq onu əvəz edəcək məşqçinin kimliyi də böyük ölçüdə bəllidir. Fatih Təkkə "Trabzonspor"un baş məşqçisi olmağa yaxındır. "Trabzonspor"un rəsmi saytı klub rəhbərliyinin bu gün 47 yaşlı mütəxəssislə danışıqlara başlayacağını açıqlayıb.
Təkkə məşqçilik karyerasına 2015-ci ilin yazında başlayıb. 2023-2024-cü illərdə "Alanyaspor"u çalışdırıb.
"Trabzonspor" Super Liqada 25 turdan sonra 11-ci pillədə qərarlaşıb.
Mirağa