RU

Əfqanıstanda humanitar böhran dərinləşir

Əfqanıstan onilliklərdir davam edən münaqişələr, yoxsulluq, iqlim böhranları və qadınlara qarşı artan təzyiqlər səbəbindən ağır humanitar böhran yaşayır.

"Cebheinfo.az" xəbər verir ki, bunu  BMT-nin Əfqanıstana Yardım Missiyasının rəhbəri Roza Otunbayeva bildirib.

Onun sözlərinə görə, ölkədə 23 milyona yaxın insan yardıma ehtiyac duyur:

BMT rəsmisi vurğulayıb  ki, qızların təhsilinə qoyulan qadağa və qadınlara qarşı digər məhdudiyyətlər İslam dini ilə əsaslandırıla bilməz.

O, İslam Əməkdaşlıq Təşkilatının bu məsələdə aktiv fəaliyyət göstərdiyini və beynəlxalq ictimaiyyətin bu məhdudiyyətlərə qarşı çıxmağa davam etdiyini bildirib.

Xatırladaq ki, BMT missiyası "Taliban"ın ötən il qəbul etdiyi "Günahın qarşısının alınması və fəzilətin təşviqi haqqında” Qanunun iqtisadiyyat, insan haqları və cəmiyyətə mənfi təsirlərini izlədiklərini açıqlayıb.

Избранный
30
cebheinfo.az

1Источники