RU

İcma sədri: "XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın məlum çıxışından 27 il sonra Prezident İlham Əliyev Qarabağ problemini əbədi həll etdi".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbəri Əziz Ələkbərli Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirilən "Deportasiyaya uğrayan irsin izi ilə" elmi-praktik konfransda deyib.
O qeyd edib ki, Cənubi Qafqaza köçürülməyə, yəni XIX əsrə qədər bu regionda ermənilərə aid bir mülk də olmayıb:
"Tarixdə bu barədə heç bir məlumat yoxdur. Ona görə erməni yalanlarını ifşa edərək, həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Araşdırmalar göstərir ki, ermənilərin İrəvandakı "Təpəbaşı" yaşayış məntəqəsindəki tarixi irsimizi yer üzündən silmək cəhdləri hələ də davam edir. Ona görə də qayıdışa aid sanballı əsərlərin ortaya qoyulması çox vacib məsələdir".
Избранный
15
oxu.az

1Источники