Bakı, 11 mart, AZƏRTAC
Meksikanın Oaxaka və Duranqo ştatlarında avtobus qəzaları nəticəsində 32 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, Meksikanın cənubundakı Oaxaka ştatında avtobusun aşması nəticəsində 18 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Duranqo əyalətinin mülki müdafiə orqanlarının bildirdiyinə görə, ölkənin şimalında ABŞ-ın Texas ştatından gələn sərnişinləri daşıyan traktorla avtobusun toqquşması nəticəsində isə 14 nəfər ölüb, 10 nəfər yaralanıb.
Səlahiyyətlilər baş verən qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıblar.