RU

Şimali Makedoniya Prezidenti Bakıda Zəfər parkını ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali MakedoniyaRespublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-dəBakıda Zəfər parkını ziyarət edib.

Trend xəbər verir ki, buradaali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Şimali Makedoniya Prezidenti Zəfər abidəsinin önünə əklilqoydu.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsindəgöstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixiZəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsininəbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflıməlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olanparkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimihündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfərtağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-dəAzərbaycan Prezidenti İlham Əliyev və birinci xanım MehribanƏliyevanın iştirakı ilə olub.

Şimali
Şimali
Şimali
Избранный
34
15
az.trend.az

10Источники