RU

"Ola bilsin ki, daha varlı klub da var, amma Luis Enrike..." - Arne Slot

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasından - PSJ ilə bu gün keçiriləcək ev oyunundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "Liverpool Echo" belə çatdırıb:

"Gəlin olanı deyək, biz PSJ-dən - dünyanın ən varlı klubundan danışırıq. Ola bilsin ki, daha varlı klub da var, amma Luis Enrike Paris təmsilçisində möhtəşəm işlər görür. Deməli, bütün gücümüzü meydanda qoymalıyıq. 

Məsələn biz PSJ ilə səfər matçının ardında dünyanın digər ən varlı klubu "Mançester Siti" ilə ev oyununda topa nəzarət edə bilmədik. Birinci görüşdə PSJ-nin çıxışı məndə böyük təəssürat yaratdı".

Xatırladaq ki, tərəflərin Parisdəki dueli ingilislərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Nihat

Избранный
6
fanat.az

1Источники