Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində“Yaradıcı Azərbaycan”mövzusunda tədbir keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, biznes subyektlərinin nümayəndələri və digər şəxslər iştirak edib.
Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən tədbirdə açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli iştirakçıları salamlayıb.
Qeyd edək ki, tədbirin məqsədi ölkəmizdə mədəniyyət və yaradıcı sənayelərin (MYS) inkişafı istiqamətində əldə olunan nəticələri işıqlandırmaq və atılacaq birgə addımları müəyyənləşdirməkdir.