Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov “Kursk” qoşun qrupunun döyüş tapşırıqlarının gedişini yoxlayıb.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.
Gerasimov “Kursk” qüvvələr qrupunun və bölmələrin komandirlərinin məruzələrini dinləyib. Digər rəsmi şəxslər də vəziyyətlə bağlı müdafiə nazirinin birinci müavininə məlumat veriblər.
“Ordu generalı Valeri Gerasimov “Kursk” qoşunlar qrupunun birlik və hərbi hissələrinin qarşıya qoyulan vəzifələrinin icrasında uğurlarını qeyd edib və gələcək fəaliyyətlə bağlı tapşırıqlar verib”, - məlumatda deyilir.
Bəxtiyar CƏFƏRLİ