RU

Kanada ABŞ-dan bu cür qisas alır: milyonlara insana təsir edəcək

Kanada Vaşinqton administrasiyasının tarifləri müqabilində ABŞ ştatlarına verilən elektrik enerjisinə 25 faiz əlavə rüsum tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ontario əyalətinin baş naziri Doug Ford mətbuata açıqlamasında bildirib.

O, ABŞ prezidenti Donald Trampın polad, alüminium, süd məhsulları və taxta-şalban kimi məhsullara tətbiq etdiyi digər tarif təhdidlərini də xatırladıb. Qeyd edib ki, bu təhdidlər tamamilə aradan qaldırılana qədər Kanada təzyiq göstərməyə davam edəcək.

Bu çərçivədə bu gündən etibarən ABŞ-ın Miçiqan, Minnesota və Nyu York ştatlarına elektrik enerjisi ixracatında 25 faiz əlavə ödəniş tətbiq ediləcək. Proqnoza görə, bu, 1,5 milyon ev və iş yerinə təsir edəcək.

D.Ford lazım gələrsə, bu nisbəti artıracaqlarını vurğulayıb: "ABŞ bunu artırarsa, elektrik enerjisini tamamilə kəsməkdən çəkinməyəcəyik. Amerika xalqı üçün çox üzülürəm, çünki ticarət müharibəsini başladan onlar deyil. Məsuliyyət yalnız bir adamın üzərindədir, o da Trampdır".

Избранный
14
publika.az

1Источники