ABŞ hökuməti ötən il Fələstin etirazlarına rəhbərlik edən Nyu-Yorkdakı Kolumbiya Universitetinin fələstinli aspirantı Mahmud Xəlili saxlayıb.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, o, saxlanıldıqdan sonra “green card”ı ləğv edilib.
Eyni zamanda ABŞ Dövlət katibi Marko Rubio da vəziyyətlə bağlı "X" hesabında paylaşım edib:
“Amerikadakı Həmas tərəfdarlarının vizalarını və ya yaşıl kartlarını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər”,- deyə o əlavə edib.
Qeyd edək ki, Donald Tramp ABŞ prezidentliyinə namizəd olarkən kampusda Fələstinə etiraz edən tələbələrin ABŞ vətəndaşı olduqları təqdirdə həbs ediləcəyini, əcnəbi olduqları təqdirdə deportasiya ediləcəyini vəd etmişdi.