RU

“Sumqayıt” və Roi Kehat 10-a çatdılar, Vaqif Cavadov ilki yaşadı

“Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, 26-cı turun “Kəpəz”lə ev oyununa təsadüf edib.

Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixində Premyer Liqadakı yubiley – 10-cu böyükhesablı qələbədir. Bunlardan 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb.

Sumqayıtlılar sonuncu böyükhesablı qələbəyə 2024-cü il aprelin 19-da sevinmişdilər. “Gənclik şəhəri” təmsilçisi səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, bu, həm də Vaqif Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.

Bu qələbə sayəsində “Sumqayıt”ın Azərbaycan Premyer Liqasındakı qolsuz oyunlar seriyası qırılıb. “Gənclik şəhəri” təmsilçisi “Kəpəz”lə matçda nəhayət ki, rəqib qapısına yol tapıb.

Vaqif Cavadovun yetirmələri bunadək ardıcıl 9 görüşdə qol vurmamışdılar. Sumqayıtın eyniadlı klubu sonuncu dəfə 2024-cü il dekabrın 8-də “Neftçi” ilə ev qarşılaşmasında (2:0) fərqlənmişdi. Cordan Rezabalanın 43-cü dəqiqədəki qolundan sonra “Sumqayıt” “Qarabağ” (0:5), “Kəpəz” (0:0), “Səbail” (0:2), “Sabah” (0:0), “Araz-Naxçıvan” (0:0), “Şamaxı” (0:1), “Zirə” (0:3), “Neftçi” (0:1) və “Qarabağ”la (0:2) üz-üzə gəlib. Həmin topdan 92 gün sonra 876 dəqiqəlik seriyaya Roi Kehat son qoyub. Ardınca dublunu da rəsmiləşdirən 33 yaşlı israilli yarımmüdafiəçi Premyer Liqada 10-cu qolunu vurub. O, 59 matçda buna nail olub.

Bu, Azərbaycan çempionatları tarixində ən uzun qolsuz oyunlar seriyasında 2-ci göstəricinin təkrarıdır. Antirekord 2015/2016-cı illər mövsümündə ardıcıl 15 tur qol vura bilməyən “Xəzər Lənkəran”a məxsusdur. 2001/2002 və 2003/2004 mövsümlərini əhatə edən müddətdə 9 oyunda qol vurmayan “Dinamo” (sonrakı “Bakı”) Sumqayıtın eyniadlı təmsilçisi ilə oxşar seriya yaşayıb.

Избранный
20
4
arena.az

8Источники