RU

Qvardiola: “Mən onların işi haqda yüksək fikirdəyəm”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola keçmiş futbolçularının hazırda məşqçi kimi uğur sirlərini açıqlayıb.

Arena.az “TNT Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Çünki onlar bu qədər yaxşıdırlar! Son nəticədə onlar uğurlu olurlar. Mən onların işi haqda yüksək fikirdəyəm. Düşünürəm ki, onların davranış modeli – tərəqqiyə olan şövq, mütərəqqi fikirlərin gətirilməsi, öyrənmək və təcrübə etməkdən ibarətdir.

Başa düşürəm ki, onların əksəriyyəti, məsələn, “Vinni” (Vensan Kompani) və Xabi Alonso, cəmi bir neçə ildir ki, komanda çalışdırırlar. Mən onların işlərində, özüm məşqçiliyə yeni başlayarkən təsəvvür etdiklərimdən çoxunu görürəm.

Mən onlar üçün elə şadam ki, çünki onların əksəriyyəti – mənim dostlarımdır. Onların hər bir xüsusda yaxşı olmalarına görə, xoşbəxtəm. Onlar müştərək işimiz zamanı nəinki məşqçi köməkçiləri, eləcə də oyunçular üçün məşqçi qismində mənə çox kömək ediblər. “Vinni” və Xabi mənə çox kömək ediblər”, deyə “Pep” vurğulayıb.

Xatırladaq ki, beçlikalı keçmiş mərkəz müdafiəçisi Vensan Kompani “Mançester Siti”də Xosep Qvardiolanın rəhbərliyi altında çalışıb və məşqçilik fəaliyyətinə başladıqdan sonra isə 38 yaşlı mütəxəsiss məhz “Pep”in tövsiyəsi ilə Münhen klubunun rəhbərliyi tərəfindən “Bayern”in sükanı arxasına gətirilib. İspan keçmiş dayaq yarımmüdafiəçisi Xavi Alonso isə Xosep Qvardiola ilə “Bayern”də çalışıb, hazırda isə 43 yaşlı mütəxəssis Leverkuzen “Bayer”ini uğurla çalışdırır.

Избранный
11
arena.az

1Источники