Kanadanın istefa verən baş naziri Castin Trüdo parlamentdən ayrılarkən kreslosunu da özü ilə aparıb.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, görüntüləri izləyənlərin bir qismi onun bu hərəkətini “kreslo sevdası” adlandırsa da, həqiqətin başqa olduğu üzə çıxıb.
Qeyd edilib ki, bu vəziyyət etiraz kimi görünsə də, əslində ənənədən qaynaqlanır.
Baş nazir həmçinin onun fotosunu çəkən media nümayəndələrinə dil çıxarıb.
C.Trüdonun kreslosunu özü ilə aparmasının Kanada siyasətində ciddi dəyişikliyə işarə olduğu bildirilib.
Xatırladaq ki, C.Trüdo 10 ilə yaxın Kanadada baş nazirdir. O, bu il yanvarın 6-da istefa verib. Yeni baş nazir Mark Kerney vəzifəsinin icrasına başlayanadək Trüdo baş nazir hesab edilir.
Billurə Yunus