"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını "Barselona"da davam etdirmək istəyir.
Publika.az xəbər verir ki, misirli futbolçu öz xidmətini Kataloniya klubuna təklif edib. Bu barədə "Sport Diario" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Salah keçidin reallaşması üçün maaşını əhəmiyyətli dərəcədə azaltmalı olacaq. Buna səbəb İspaniya nəhənginin La Liqanın maliyyə tələblərini ödəməkdə çətinlik çəkməsidir.
Qeyd edək ki, Məhəmməd bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 30 qol vurub və 22 məhsuldar ötürmə edib.