Səbinə Xasayeva Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak edəcək
Milli Məclisin deputatı Səbinə Xasayeva Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə keçiriləcək Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək üçün martın 12-də Meksika Birləşmiş Ştatlarının Mexiko şəhərinə səfər edəcək.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Gəlin, gender bərabərliyi üçün səfərbər olaq” şüarı ilə keçiriləcək konfransda, “Parlamentdə bərabərliyin təmin edilməsində uğurlu təcrübələr və çətinliklər”, “ Maneələri aşmaq: Qadınların liderliyinə hörmət”, “Bərabər iştirak və bərabər güc” və digər mövzular ətrafında müzakirələr aparılacaq, qarşılıqlı təcrübə mübadiləsi, gender bərabərliyi, qadınların hüquq və səlahiyyətlərinin genişləndirilməsi üçün strategiyalar barədə müzakirələr aparılacaq.