“Bayer”in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının 1/8 finalının evdə “Bayern”lə cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz, itirəcəyimiz nələrinsə olmadığı bir vəziyyətdəyik. Ancaq “Bayern” bu gün nə isə itirə də bilər.
“Bayern” azarkeşlərinin yüz faizi əmindir ki, onların komandası mərhələni adlayacaq. Mən əminəm ki, “Boxum”un heç də çox azarkeşi, komandaları 0:2 hesabı ilə geridə ikən, “Bayern”i məğlub edəcəklərinə inanmırdı, ancaq onlar geri dönüş etdilər və qalib gəldilər (Almaniya Bundesliqasının 25-ci turunun autsayder “Boxum”la ev oyununda məğlubiyyət – 2:3). Futbolda çoxlu gözlənilməzliklər baş verir, bu isə elə, bu oyunda da baş verə bilər.
Biz bir oyunda belə, məğlub olmadan Bundesliqanı qazanmışıq. Mənim fikrimcə, bu, güman ki, bu oyunda geri-dönüş etməkdən daha çətindir. Odur ki, komandam mürəkkəb xüsuslara qadirdir. Oyunçularım bunu bilir və bunun vacib olduğunu hiss edirlər. İlk qol böyük rol oynaya bilər”, deyə Xabi Alonso vurğulayıb.
“Bayer” – “Bayern” oyunu bu gün, martın 11-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (12 mart) başladacaq.
Xatırladaq ki, səfərdə keçirdiyi ilk oyunda “Bayer” “Bayern”ə 0:3 hesabı ilə məğlub olub.